Milli komanda toplanışa başlayır
25.06.2010 - 23:16
2011-ci ildə qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsini uğurla başa vuraraq, birbaşa qitə çempionatının finallarında oynamaq hüququ qazanan Azərbaycan yığmasının 3 həftəlik məzuniyyəti iyunun 29-da başa çatacaq. Apasport.az saytının xəbərinə görə, elə həmin gündən etibarən millimiz baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında federasiyanın zalında növbəti təlim-məşq toplanışına başlayacaq.
Komandanın toplanışı iyunun 21-də başlamalı idi. Lakin komanda iyulun 4-də Rusiyanın Yekaterinburq şəhərində startı veriləcək ənənəvi Yeltsin Kubokunda iştirakdan imtina etdiyi üçün rəhbərlik voleybolçuların məzuniyyətini daha bir həftə artırmalı olub.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0