İtaliya, Polşa və Rumıniyanın ən güclü klubları Azərbaycana gəlir
26.06.2010 - 11:00
Avstriyanın paytaxtı Vyanada qadın voleybolçular arasında Çempionlar Liqasının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Rabitə” püşkatmada E qrupunda yer alıb. Paytaxt klubu növbəti mərhələyə yüksəlmək üçün İtaliyanın “Skavaloni”, Polşanın “Aluprof” və Rumıniyanın “Dinamo Romprest” komandaları ilə mübarizə aparacaq.
Noyabrın 24-də (+1, -1 gün) start götürəcək yarışda voleybolçularımız ilk görüşlərini səfərdə Buxarestin “Dinamo Romprest” klubuna qarşı keçirəcəklər. Sonra dekabrın 1-də İtaliya təmsilçilərini Bakıda qəbul edəcək “Rabitə” ilk dövrənin axırıncı oyununda (8 dekabr) Polşaya səfər edəcək.
İkinci dövrənin ilk matçında isə “Aluprof” paytaxtımızda komandamızla oynayacaq (15 dekabr). Son iki turda Azərbaycan çempionu səfərdə “Skavaloni” (5 yanvar, 2011) və evdə “Dinamo Romprest”lə (11 yanvar, 2011) qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Rabitə” Çempionlar Liqasında “wild card”la iştirak edir.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0