“Azərreyl” milli komandanın üzvü ilə vidalaşır
17.07.2010 - 11:00
“Azərreyl” daha bir voleybolçu ilə yollarını ayıra bilər. Apasport.az saytının məlumatına görə, ötən il paytaxt klubunun şərəfini qoruyan Belarus yığmasının üzvü Marina Tumas karyerasını Türkiyədə davam etdirə bilər.
Son mövsümdə “Azərreyl”də mükafat qazana bilməyən voleybolçu Ankaranın “İllərbankası” komandası ilə danışıqlar aparır. 130 dəfə Belarus yığmasının şərəfini qoruyan Tumas 2006/2007-ci illərdə də Türkiyədə çıxış edib. O, burada “Fənərbaxça” komandasının şərəfini qoruyub.
Qeyd edək ki, hələ də baş məşqçisinin adı aydınlaşmayan “Azərreyl” Polina Rəhimova, Valeriya Korotenko, Aynur Kərimova, Şəfəq Kərimova, Natalya Hanıkoglu (Türkiyə), Adva Jinoberini (İsrail) və Alis Blomla (Hollandiya) müqavilə imzalayıb.

0
0