Voleybolçularımızın uğursuz Kipr səfəri
19.07.2010 - 10:26
Çimərlik voleybolu üzrə 23 yaşa kimi oğlan və qızlardan ibarət reytinq xarakterli beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Kiprdə keçirilən yarış Azərbaycan yığma komandaları üçün uğursuz alınıb.
Turnirdə ölkəmizin idman şərəfini qoruyan Fəridə Rəsulova və Olqa Ajgibiceva ilkin təsnifat mərhələsində isveçli həmkarlarına 0:2 (6:21, 7:21) hesabı ilə uduzaraq, mübarizəni dayandırıblar. Onlardan fərqli, Vadim Kutukov və Arif Tağıyev ilk setdə italiyalı rəqiblərini məğlub etsələr də, uğurun davamını gətirə bilməyiblər. Sonda Apennin voleybolçuları 2:1 (19:21, 21:11, 15:11) hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, İqor Kutukovun rəhbərliyi altında çıxış edən yığma komandalarımızı qarşıda daha çətin sınaq gözləyir. Onlar avqustun 12-24-də baş tutacaq Avropa çempionatında qüvvələrini sınayacaqlar.

0
0