Azərbaycan yığması hazırlığa başlayır
19.07.2010 - 14:32
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışının vaxtı müəyyənləşib. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, Faiq Qarayevin başçılıq etdiyi milli komanda iyulun 21-də yenidən bir araya gələcək. Komandanın hazırlığında əsas məqsəd beynəlxalq turnirdə iştirak etməkdir.
Qeyd edək ki, avqustda İtaliyada dünyanın güclü yığmalarının mübarizə aparacağı yarışda Azərbaycan voleybolçuları da qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, avqustda İtaliyada dünyanın güclü yığmalarının mübarizə aparacağı yarışda Azərbaycan voleybolçuları da qüvvələrini sınayacaqlar.
0
0