Milli komandanın voleybolçusu “Azərreyl”dən ayrıldı
26.07.2010 - 11:13
Bakının “Azərreyl” komandasının üzvü Marina Tumas növbəti mövsümdən Türkiyə Super Liqasında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, bu il voleybol üzrə qadınlar arasında Azərbaycan kubokunu qazanan Belarus yığmasının oyunçusu “İllər Bankı”nda forma geyinəcək. O, bu komanda ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində Belarus milli komandasının heyətində Azərbaycan yığmasına qarşı oynamış Tumas “Azərreyl”ə ötən il transfer olunmuşdu.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində Belarus milli komandasının heyətində Azərbaycan yığmasına qarşı oynamış Tumas “Azərreyl”ə ötən il transfer olunmuşdu.
0
0