“Rabitə”nin voleybolçuları bir-birinə qarşı
26.07.2010 - 12:16
“Rabitə”nin voleybolçuları bir-birinə qarşı
Voleybol üzrə qadınlar arasında Avropa Liqasının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələdə Bolqarıstana 3:1 hesabı ilə qalib gələn Serbiya yığması çempion adını qazanıb.

Bu komandaların heyətində Azərbaycan çempionu “Rabitə”nin üzvləri bir-birinə rəqib olublar. Qitənin ən mötəbər yarışının finalında Nataşa Krsmanoviç 11 xal qazanaraq serblərin Avropa çempionu olmasında böyük pay sahibi olub. Bolqarıstan yığmasının heyətində gümüş medal qazanan Diana Nenova isə komandasına 2 xal qazandırıb.

Qeyd edək ki, Avropa Liqasının bürünc mükafatı Türkiyəyə qismət olub.
0