Adnan Kistak Türkiyə yığmasını çalışdırmağa namizəd oldu
27.07.2010 - 09:45
Adnan Kistak Türkiyə yığmasını çalışdırmağa namizəd oldu
Son mövsüm “Azərreyl” voleybol klubuna rəhbərlik edən türkiyəli mütəxəssis Adnan Kistak vətənində çalışa bilər. Apasport.az saytının məlumatına görə, o, yenidən “ay-ulduzlu” komandanın baş məşqçisi postuna əsas namizədlərdən biridir.

Voleybol üzrə qadınlar arasında Avropa Liqasında bürünc medal qazandıqdan sonra italiyalı baş məşqçi Alessandro Çiappininin istefa verib. 2007-ci ildən əcnəbi mütəxəssisin rəhbərlik etdiyi milli komanda isə yenidən yerli məşqçiyə tapşırılacaq. Bu məşqçilər arasında əsasən Mehmet Bedestenlioğlu, Adnan Kistak, Gökhan Çokşen, Hüseyin Doğanyüz, Ata Onar və Ali Oktayın adı hallanır. Türkiyə mətbuatının yazdığına görə, bunlardan ən münasibi “Azərreyl”in baş məşqçisi Kistakdır: “Namizədlərin siyahısına nəzər saldıqda ən qüvvətlisi ötən il Azərbaycanda çalışmış Adnan Kistakdır. Çünki o, hazırkı heyətlə aşağı yaş qrupunda məşğul olub. Voleybolçuların hamısının gücünə yaxından bələddir”.

1990-cı ildən yığma komanda ilə işləyən Kistak gənclərlə 6 dəfə Balkan çempionluğu və Türkiyə tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak etdiyi üçün digər rəqiblərini qabaqlayır. O, Avropa çempionatlarının finallarına da doğma komandasını yüksəldib.

Qeyd edək ki, son mövsümdə “Azərreyl”in baş məşqçisi olan Kistak Azərbaycan kubokunu qazanıb, ölkə çempionatında isə 4-cü yeri tutub.
0