Azərbaycan yığmasının dünya çempionatında rəqibləri bəlli oldu
27.07.2010 - 17:31
Azərbaycan yığmasının dünya çempionatında rəqibləri bəlli oldu
Bu gün həndbol üzrə qadınlar arasında 2011-ci ildə Braziliyada keçiriləcək dünya çempionatının təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa zonası üzrə ilkin mərhələdə 17 ölkənin yığması 4 qrupda (3 qrupda 4, 1 qrupda 5 komanda) mübarizəyə qoşulacaq.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan milli komandası II qrupda yer alıb. Rəfiqə Şabanovanın yetirmələri Makedoniya, İsveçrə və Yunanıstan həndbolçuları ilə qüvvələrini sınayacaqlar.

Reqlamentə görə, qrup mərhələsinin qalibləri pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, oyunlar noyabrın 30-dan dekabrın 5-ə kimi keçiriləcək.
0