Azərbaycan yığması üçün daha bir rəqib
28.07.2010 - 10:40
Azərbaycan yığması üçün daha bir rəqib
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması Avropa çempionatının B divizionuna hazırlığı Türkiyədə davam etdirir. Azərbaycan Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, 10 gün qardaş ölkədə hazırlıq keçəcək Elxan Əliyevin yetirmələrinin təlim-məşq toplanışı çərçivəsində ilk rəqibi müəyyənləşib. Belə ki, bu gün İraq yığması ilə yoxlama görüşündə gücünü sınayacaq milli komandamız daha bir neçə sınaq matçı keçirməyi planlaşdırır.

Qeyd edək ki, basketbolçularımızın qitə çempionatı çərçivəsində birinci görüşü avqustun 8-də Albaniya qarşı olacaq. Bundan 6 gün sonra Belarusu qəbul edəcək Elxan Əliyevin yetirmələri avqustun 17-də səfərdə Rumıniya ilə qüvvələrini sınayacaqlar. Yığmamız ilk dövrənin son matçını avqustun 21-də doğma meydanda İsveçə qarşı keçirəcək.

Bu komandalarla ikinci dövrənin qarşılaşmaları gələn ilin aprelində baş tutacaq. Sonda isə qrupda ilk 2 pilləni tutacaq komanda A divizionuna yüksələcək.
0