ABŞ və Bolqarıstan yığmasının üzvləri Azərbaycan çempionatında
30.07.2010 - 11:02
Bakının “Lokomotiv” klubu heyətinə daha 2 voleybolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, növbəti mövsümdə amerikalı Kristin Riçards və bolqarıstanlı Mariya Filipova Azərbaycan çempionatının gümüş mükafatçısının şərəfini qoruyacaq.
“Dəmiryolçuların” yeni transferləri son mövsümü “Çelenc cup”da rəqibləri olacaq Rusiyanın “Omiçka” komandasında keçiriblər.
Paytaxt klubunun üçüncü amerikalı legioneri Riçardsın 25 yaş var və italyan, ingilis və ispan dillərini bilir. O, 2005-ci ildən yığma komandalarının şərəfini qoruyur.
Ampulaca libero olan Filipiva isə Bolqarıstan yığmasının üzvüdür. O, 2009-cu ildə Avroliqanın bürünc və 1 il sonra gümüş mükafatına sahib olub. Son 2 ildə analoji yarışda qitənin ən yaxşı liberosu seçilib. 28 yaşlı voleybolçu “Metal Qalati” (Rumıniya), “Kann” (Fransa), “Fakel” (Rusiya) və Levski (Bolqarıstan) komandalarında forma geyinib. Klub karyerasında Fransa çempionu adını qazanıb.
Qeyd edək ki, “Lokomotiv” bu voleybolçulardan öncə amerikalı Nikol Devis və Tayibu Xaneef-Parkla 1 illik müqavilə imzalayıb.

0
0