“Rabitə”də çernoqoriyalı məşqçi
03.08.2010 - 17:51
“Rabitə”də çernoqoriyalı məşqçi
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Rabitə” voleybol klubu yeni məşqçi ilə müqavilə imzalayıb. Bu barədə apasport.az saytına komandanın idman direktoru Nəsimi Musayev məlumat verib. Çernoqoriyalı İviça Syekloça növbəti 1 ildə voleybolçuların fiziki hazırlığına nəzarət edəcək.

1976-cı ildə anadan olan Syekloçanın məşqçilik karyerası əsasən Rusiyanın “Zariçye-Odinçova” komandası ilə bağlıdır. O, 2005-2009-cu ildə bu klubla 1 dəfə Rusiya çempionu (2007-2008) və 3 dəfə ölkə kubokunun qalibi (2005-2006, 2006-2007, 2007-2008) adını qazanıb.

Bundan əlavə, Syekloça Rusiya çempionatının 2 qat gümüş mükafatçısı (2005-2006, 2008-2009), Çempionlar Liqasının (2006-2007) və CEV kubokunun (2007-2008) finalçısıdır.
0