“Azərbaycan yığması kifayət qədər güclənib”
04.08.2010 - 11:20
“Azərbaycan yığması kifayət qədər güclənib. Heyətində Avroliqada çıxış etmiş bir neçə təcrübəli basketbolçu var. Bundan əlavə, milliləşdirilmiş amerikalı legionerləri Yunanıstanda gözəl mövsüm keçiriblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri basketbol üzrə Belarus yığmasının baş məşqçisi Mixail Feyman deyib.
Avropa çempionatının qrup mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Belarus basketbolçuları A divizionuna yüksəlmək arzusundadırlar. Yığmanın baş məşqçisi bildirib ki, avqustda keçiriləcək B divizionunun ilk dövrəsində maksimum xal yığmağa çalışacaqlar: “Qrupda birinci yer üçün mübarizə aparacağıq. Hər oyunda yalnız qələbə bizi qane edəcək. Fikrimcə, ən pis halda 4 qarşılaşmadan 1-də məğlub ola bilərik”.
Belaruslu mütəxəssis qrupda yer alan komandalar (İsveç, Rumıniya, Belarus, Azərbaycan və Albaniya) arasında isveçliləri daha şanslı hesab edir. Onun sözlərinə görə, qarşıdakı matçlarda sürpriz nəticələr də qeydə alına bilər: “İsveçdə basketbol yüksəliş dövrünü yaşayır. Yerli çempionatlarında 100-dən artıq legioner çıxış edir. Bunun üçün yığma komandalarında təcrübəlilər yer alıblar. Heyətlərində 1 basketbolçu isə NBA-da “Detroyt Pistons” klubunun şərəfini qoruyur. Rumınların da maraqlı yığmaları var. Basketbolçu bolluğu səbəbindən əsas heyətdə kimi oynadacaqlarını proqnozlaşdırmaq çətindir. Azərbaycan milli komandası isə əsasən legionerlərə güvənəcək. Onların son oyunları barədə məlumatım olmasa da, albanlardan ötən il səfərdə xal almaqda çətinlik çəkməmişdik”.
Qeyd edək ki, Elxan Əliyevin yetirmələri Belarusla avqustun 14-də evdə, 2011-ci ilin avqustunun 12-də isə səfərdə qarşılaşacaq.

0
0