İtaliya yığması Azərbaycandan aldığı təklifdən imtina etdi
04.08.2010 - 14:36
Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionu “Rabitə” yoxlama görüşü keçirmək üçün rəqib axtarışını davam etdirir. Bu barədə apasport.az saytına klubun idman direktoru Nəsimi Musayev verib.
Onun sözlərinə görə, dünya çempionatının bir neçə iştirakçısına yoldaşlıq görüşü keçirmək üçün müraciət etsələr də, hələlik üçündən cavab alıblar. Təəssüf ki, yığmaların cavabı müsbət olmayıb: “Biz mundial iştirakçılarından 7-8 ölkənin komandasına sınaq matçı üçün rəsmi təklif göndərmişdik. Hələlik onlardan üçündən cavab almışıq. İtaliya və Almaniya yığmaları oyun planlarını bir neçə ay öncədən tutduqları üçün bizlə qarşılaşmaqdan imtina ediblər. Onlardan fərqli, Çexiya milli komandası son sözü 2 həftəyə deyəcək”.
Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Rabitə” avqustun 23-də təlim-məşq toplanışına başlayacaq.

0
0