Türkiyə yığmasının üzvü Azərbaycanda oynaya bilər - FOTO
04.08.2010 - 23:11
Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək “İqtisadçı” voleybol klubu növbəti transferini reallaşdırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, son mövsümdə Super Liqanın bürünc mükafatını qazanan paytaxt komandası Türkiyə yığmasının üzvü Duyğu Balla danışıqlara başlayıb.
23 yaşlı voleybolçu ilə Türkiyə və İtaliya klubları da maraqlandığından, çətin duruma düşüb. 190 sm boyu olan Bal hələlik qərar verməkdə tələsmir. O, öncə Apennin yarımadasına getmək istədiyini açıqlasa da, hazırda bu fikri təsdiqləmir.
Qeyd edək ki, Bal Türkiyədə “Vakıfbank” və “Türk Telekom” komandalarının şərəfini qoruyub.

0
0