Türkiyə yığmasının oyunçusu Azərbaycan millisinə keçdi - FOTO
04.08.2010 - 19:01
Türkiyə yığmasının oyunçusu Azərbaycan millisinə keçdi - FOTO
Türkiyə milli komandasının və “Türk Telekom” klubunun basketbolçusu Rasim Başak bundan sonra Azərbaycan yığmasında çıxış edəcək. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, 30 yaşlı hücumçunun keçidi Türkiyə Basketbol Federasiyasından alınan xüsusi icazə əsasında reallaşıb.

Rasim Başak 17 fevral 1980-ci ildə Bakıda anadan olub. O, 14 yaşında Türkiyəyə yollandıqdan sonra qardaş ölkənin vətəndaşlığını qəbul edib. Başak dəfələrlə “ay-ulduzlu” formanı geyib. Təcrübəli basketbolçu 2,02 metr boya və 102 kq çəkiyə malikdir.
0