Bolqarıstan yığmasının üzvü rəsmən paytaxt klubunda
06.08.2010 - 09:42
Bolqarıstan yığmasının üzvü rəsmən paytaxt klubunda
Bakının “Lokomotiv” klubu Sofiya “Levski”nin üzvü Mariya Filipova ilə rəsmi müqavilə imzalayıb. Apasport.az saytının görə, Bolqarıstan yığmasının liberosu növbəti 1 ildə Azərbaycanın vitse-çempionunun şərəfini qoruyacaq.

“Lokomotiv”in yeni transferi Avroliqanın bürünc və gümüş mükafatçısıdır. Son 2 ildə analoji yarışda qitənin ən yaxşı liberosu seçilən 28 yaşlı voleybolçu “Metal Qalati” (Rumıniya), “Kann” (Fransa), “Fakel” (Rusiya) və “Levski” (Bolqarıstan) komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Filipova klub karyerasında Fransa çempionu tituluna sahib olub.
0