Yığmamız Albaniya ilə oyuna hazırdır
07.08.2010 - 10:26
Yığmamız Albaniya ilə oyuna hazırdır
Sabah kişilər arasında basketbol üzrə Avropa çempionatının B divizionunun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, seçmə mərhələnin ilk turunda Azərbaycan yığması Albaniyaya səfər edəcək.

İyulun 26-dan Türkiyədə təlim-məşq toplanışında olan milli komandamız albanlarla görüşə qardaş ölkədən yola düşəcək. Baş məşqçi Elxan Əliyev hazırlıqlardan və keçirdikləri yoxlama matçlarından sonra qitə çempionatının iştirak ərizəsinə 16 basketbolçunun adını daxil edib: Tahir Baxşiyev, Ruslan Qafurov, Zaur Quşanov, Anar Hacıyev, Amil Həmzəyev, Aleksey Kitayev, Emil Mirzəyev, Kamal Muradov, Rasim Başak (Ruslan Benqer), Çarlz Devis, Spenser Nelson, Aleksandr Rındin, Anar Sarıyev, Aleksandr Slojeniçın, Zaur Paşayev və Fuad Niftəliyev.

Qeyd edək ki, Azərbaycan milli komandasından fərqli olaraq qrupumuzda yer alan İsveç 21, Albaniya, Rumıniya və Belarus yığmaları isə FİBA-ya 24 basketbolçu sifariş edib.
0