Voleybolçularımız Türkiyədə hazırlığa başladılar
10.08.2010 - 10:02
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması Türkiyəyə yollanıb. Apasport.az saytının məlumatına görə, milli komandamız qardaş ölkədə 10 gün təlim-məşq toplanışı keçəcək.
Hazırlıq çərçivəsində Faiq Qarayevin yetirmələrinin yoxlama oyunlarında qüvvəsini sınaması nəzərdə tutulmayıb.
Qeyd edək ki, yığma Türkiyədə tam heyətlə məşq etmir. Yeni toyu olan Lidiya Maksimenko və zədəli voleybolçular Oksana Parxomenko, Natalya Məmmədova və Natavan Qasımova hazırlığa qatılmayıblar.

0
0