Rusiya yığmasının üzvü dünyasını dəyişib
10.08.2010 - 16:00
Rusiya yığmasının üzvü dünyasını dəyişib
Qadınlar arasında basketbol üzrə Rusiya yığmasına namizəd faciəvi şəkildə dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, Ukraynanın “Voloqda-Çevakata” komandasının mərkəz oyunçusu Olqa Yakovleva hovuzda çimərkən boğulub. Ona süni nəfəs versələr də, həyata qaytarmaq mümkün olmayıb.

Beynəlxalq idman ustası olan Olqa Yakovlevanın meyiti Rusiyaya avqustun 12-də gətiriləcək.

Qeyd edək ki, Yakovleva Rusiyanın gənclərdən ibarət yığmasının heyətində Universiadanın gümüş mükafatına sahib olub.
0