“Rabitə”də daha bir əcnəbi
11.08.2010 - 09:37
“Rabitə”də daha bir əcnəbi
Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionu “Rabitə” daha bir məşqçi ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, növbəti 1 ildə Artyom Borisenko paytaxt klubunun uğurları üçün çalışacaq.

Rusiya yığmasında da çalışmış çalışdırıcı baş məşqçi Dejan Brdjoviçə statistikada köməklik edəcək.

Qeyd edək ki, Borisenkonun həyat yoldaşı Mariya da voleybolçudur və ölkəsinin əsas komandasında çıxış edir.
0