Azərbaycandan qovulan məşqçi nəhayət ki, iş tapdı
15.08.2010 - 12:44
Azərbaycandan qovulan məşqçi nəhayət ki, iş tapdı
Sumqayıtın “Standard” klubunun sabiq baş məşqçisi Valdas İvanauskas özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, litvalı mütəxəssis bundan sonra vətənində çalışacaq. O, “Şaulyay” klubunun baş məşqçisi təyin olunub. On ay əvvəl ölkəmizi tərk edəndən sonra işsiz qalan İvanauskas bir aydan çoxdur baş məşqçisiz olan posta sahib olub. Belə ki, onun sələfi olan Deyvis Kançelskisin iyulun əvvəlindəki istefasından sonra şaulyaylılar baş məşqçi axtarırdılar. Bu müddətdə komandaya müvəqqəti olaraq Rimantas Viktoraviçyus rəhbərlik edib.

Qeyd edək ki, İvanauskas 2009/10 mövsümünün ilk 7 turunda Azərbaycan Premyer Liqasında qələbəyə həsrət qalmışdı. Cəmi 2 xal qazanan mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən kənarlaşdırılmışdı.
0