Maykl Silvaşan Azərbaycanla oyunda azarkeşlərə səsləndi
17.08.2010 - 15:33
“İsveç üzərində qələbə məni daha da ruhlandırdı. Bunun məntiqi nəticəsi kimi, Albaniya ilə görüşdə oyunum əla alındı və son aylarda ən xoşuma gələni oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri basketbol üzrə Rumıniya yığmasının kapitanı Maykl Silvaşan deyib.
O bildirib ki, bu uğur davamlı olacaq və Azərbaycan milli komandası ilə keçiriləcək oyunda da qələbə qazanacaqlar: “Gərgin məşqlərin bəhrəsini oyunlarda görürük. Azərbaycan basketbolçuları ilə qarşılaşmada da qələbə seriyamızı davam etdirəcəyik. Bunun üçün bizə azarkeşlərin dəstəyi də lazımdır. Onlar oyunu izləsinlər və üçüncü qarşılaşmada rəqibimizə bir yerdə qalib gələk. Nəticədə komandamız da matçı izləməyə gələnlərə baxımlı oyun nümayiş etdirəcək”.
Qeyd edək ki, bu gün Elxan Əliyevin yetirmələri ilə üz-üzə gələcək rumınlar ilk 2 oyunda İsveç (70:54) və Albaniyaya (93:74) qalib gəliblər.

0
0