Çarlz Devis: Hər şey istədiyimiz kimi alındı
18.08.2010 - 10:55
“Biz çox gözəl oyun nümayiş etdirdik. Oyunumuzun əla alınması rəqib üçün də gözlənilməz oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri basketbol üzrə Azərbaycan yığmasının milliləşdirilmiş amerikalı legioneri Çarlz Devis deyib.
Avropa çempionatının B divizionunun III turunda Rumıniya ilə oyunda 24 xal qazanan Devis bildirib ki, qələbədə rəqibi düzgün analiz etmələri və müdafiədə inamlı olmaları mühüm rol oynayıb: “Biz çox məhsuldar oyun nümayiş etdiririk. Rəqib müdafiəmizdə çaşqınlıq yaratmaq istəsə də, cəhdi alınmadı. Səhvsiz oynadıq və rumınların əsas basketbolçularına oynamaq şansı vermədik. Nəticədə hər şey istədiyimiz kimi alındı və 101:86 hesabı ilə qələbə qazandıq”.
Qeyd edək ki, Çarlz Devis Azərbaycan yığmasının heyətində keçirdiyi 3 oyunda 77 xal qazanıb.

0
0