“Ridinq”də azərbaycanlı baş məşqçi!
18.08.2010 - 13:31
İngiltərənin “Ridinq” klubunda növbəti baş məşqçi dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, basketbol komandası azərbaycanlı mütəxəssisə həvalə olunub.
10 ildir Böyük Britaniyada yaşayan Samit Nuruzadə İngiltərə Basketbol Liqasında çıxış edən “Ridinq”in baş məşqçisi təyin olunub. Azərbaycanda doğulub təhsil alan mütəxəssis bir il əvvəl dəvət aldığı posta yalnız indi sahib çıxıb. Belə ki, Nuruzadə ötən il əsas komandada baş məşqçi kimi çalışmağın tez olduğunu bildirərək, təklifi qəbul etməmişdi.
Mançesterin gənclərdən ibarət komandalarında uğurla çalışmış həmyerlimiz avqustun 31-də yeni komandası ilk görüşünü keçirəcək. Həmin günə təsadüf edəcək təqdimatın ertəsi komanda ilk məşqinə çıxacaq. Nuruzadənin “Ridinq”də debütü ABŞ-da gerçəkləşəcək. Onun yetirmələri sentyabrın 10-da okeanın o tayında yerli komandaların biri ilə yoldaşlıq oyunu keçirəcək.

0
0