Yonas Jerebko: Azərbaycan yığmasını məğlub edəcəyimizə əminəm
19.08.2010 - 10:10
Yonas Jerebko: Azərbaycan yığmasını məğlub edəcəyimizə əminəm
“Onlar bütün oyunlarda qələbə qazanıblar. Bunun isə bizim üçün elə də fərqi yoxdur. Meydana çıxıb öz oyunumuzu oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri avqustun 21-də Azərbaycan yığması ilə qarşılaşacaq İsveç millisinin basketbolçusu Yonas Jerebko deyib.

Avropa çempionatının B divizionunda keçirdiyi 3 oyunda 2 qələbə qazanan isveçlilər Bakıda qələbə qazanmaq arzusundadırlar. Onlar ilk dövrənin son qarşılaşmasında əldə edəcəkləri 2 xalla qrup liderliyinə yüksəlməyi planlaşdırırlar.

“Mən oyun öncəsi həyəcanlanmıram. Çünki millimiz öz oyununu tapıb. Azərbaycan komandası isə bizdən fərqli, məğlubiyyət acısı yaşamayıb. Ancaq biz bu həyəcanı onlara yaşada bilərik. Bunu edəcəyimizə əminəm” – deyə Jerebko bildirib.

Qeyd edək ki, 206 sm boyu olan Jerebko bombardirlər siyahısında yığmamızın üzvü Çarlz Devisdən sonra ikinci pillədə qərarlaşıb. O, 3 oyunda 65 xal qazanıb.
0