Levin karyerasını başa vurur
19.08.2010 - 12:00
Levin karyerasını başa vurur
Avropa çempionatının B divizionunda Azərbaycan yığmasının rəqibi olan İsveç millisinin basketbolçusu karyerasını başa vurur. Apasport.az saytının məlumatına görə, 33 yaşlı idmançı Mats Levin üçün avqustun 21-də Bakıda komandamıza qarşı oyun sonuncu olacaq: “Artıq bəsdir. Beynəlxalq arenalarda çıxışımı başa vururam. Sözün açığı, sona kimi çatdıra bilmirəm. Bu səbəbdən də albanlarla oyunda meydanı yarımçıq tərk etdim”.

Levin bildirib ki, yığmadakı yerini gənclərə verməlidirlər: “Komandamız yenidən qurulur. Fikrimcə, bizim komandadan ayrılmağımız onlar üçün “yaşıl işıq” yandıracaq. Mən Azərbaycanla görüşdən sonra rəsmən milli ilə vidalaşacağam”.

Qeyd edək ki, Levin albanlarla son oyunda 11 xal qazanıb.
0