Daha 2 bolqarıstanlı legioner Azərbaycana gəlir
19.08.2010 - 13:42
Daha 2 bolqarıstanlı legioner Azərbaycana gəlir
Növbəti mövsümə ciddi hazırlaşan Bakının “Lokomotiv” klubu heyətinə daha 2 bolqarıstanlı voleybolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, bu ölkənin maliyyə böhranı içərisində çapalayan “Levski-Sikonko” komandasının 2 üzvü - Yeva Arsova-Çvetanova və Kremena Kamenova növbəti mövsümdən “dəmiryoçuların” heyətində çıxış edəcək. Onlarla 1 illik müqavilə bağlanılacaq.

Ölkəmizi “Çelenc cup”da təmsil edəcək “Lokomotiv” bu voleybolçulardan öncə Bolqarıstan MOİK-inin liberosu Mariya Filipovanı da heyətinə qatmışdı.

Qeyd edək ki, “Nəqliyyatçı” klubu da “Levski-Sikonko”dan Vesela Bonçeva, Viktoriya Qriqorova, Aneliya Paşina və Tanya Sobkova ilə müqavilə bağlamağa hazırlaşır.
0