“Azərbaycanda oynadığım klubların adları yadımdan çıxıb”
19.08.2010 - 23:01
İngiltərənin “Ridinq” basketbol klubuna baş məşqçi təyin edilən azərbaycanlı mütəxəssis Samit Nuruzadənin apasport.az saytına eksklüziv müsahibəsi
- Böyük Britaniyada bütün titullara sahib olan “Ridinq” klubuna baş məşqçi təyin edilmisiniz. Təyinatımız necə baş tutdu?
- Bu klub hələ 2 il öncə məni komandaya birbaşa müqavilə imzalamağa dəvət etmişdi. Lakin həmin vaxt razılaşmadım. Bundan sonra ötən il İspaniya klubu mənə dəvət göndərdi və orada baş kimi çalışmağa qərar verdim. Bu il isə yenidən İngiltərəyə qayıdaraq, “Ridinq”lə müqavilə bağladım.
- İspaniyanın hansı komandasını çalışdırmısınız?
- “Kanarias Academy”də 1 mövsüm işlədim. Bu klub onların ən aşağı liqasında mübarizə aparır. Sadəcə, Akademiya komandası idi. Burada əsas məqsəd uşaqları yüksək səviyyədə yetişdirməkdən ibarət idi. Həmin liqada yer və xal önəmli deyil.
- “Ridinq”in prezidenti bildirib ki, avqustun sonundan fəaliyyətə başlayacaqsınız. Komandanıza Azərbaycandan basketbolçu aparmağı planlaşdırmırsınız?
- Bəli, burada 2 həftəyə hazırlığa start veririk. Bunun üçün rəhbərlik demək olar kifayət qədər transferlər həyata keçirib. Mən ancaq məşqlər keçəcəyəm və basketbolçuları oyunlara çıxaracağam. Amma bu mövsüm geridə qaldığından növbəti ildə bu barədə fikirləşməyə dəyər. Ola bilsin ki, həmin vaxt buraya basketbolçular gətirəm.
- Bəs Azərbaycanda gözaltı etdiyiniz basketbolçu var...
- Hələ bilmirəm. Əgər oraya gəlsəm, oyunlarına və məşqlərinə baxacağam. Çünki son illərdə azərbaycanlı basketbolçular barəsində elə də məlumatım yoxdur.
- Sonuncu dəfə Bakıda nə vaxt olmusunuz?
- 2 həftə öncə. Gələn il yay mövsümü üçün yenidən gəlməyi planlaşdırıram. Səfərim baş tutsa, basketbolçuları da nəzərdən keçirəcəyəm.
- İngiltərəyə nə vaxt getmisiniz?
- Təxminən 10 il olar.
- Son illərdə Azərbaycan basketbolu barəsində məlumatınız varmı?
- Bilirəm ki, Rimas Kurtinaytis milli komandanı çalışdırırdı. Sonra vətəninə yollanandı və Elxan Əliyev yığmaya gətirildi. Hazırda yığmamız Avropa çempionatının B divizionunda mübarizə aparır. Keçirdikləri ilk 3 görüşdə qələbə qazanıblar. Bütün bunlara baxmayaraq, son illərdə tamamilə əlaqəm kəsilib. Demək olar ki, heç kimlə əlaqə saxlamıram.
- Azərbaycandan getməyinizə nə səbəb olmuşdu?
- Heç bir səbəbi yoxdur...
- Bəlkə İngiltərə klublarından təklif almışdınız?
- Xeyr. Sadəcə ingilis dilini öyrənməyə gəlmişdim və sonradan burada qaldım.
- Bəs hansı klublarda çıxış etmisiniz?
- Azərbaycanla yanaşı, Rusiya və İngiltərədə də oynamışam. Amma komandaların adları yadımdan çıxıb. Fikrimcə, ölkəmizdə AZAL və MOİK-də çıxış etmişəm.
- Siz yığma komandanın da şərəfini qorumusunuz və komandanın kapitanı olmusunuz...
- Düzdür, oynamışam və meydana kapitan kimi çıxmışam. Rimas Kurtinaytisin vaxtında Avropa çempionatında çıxış etmişəm.
- Böyük Britaniyada basketbol elə də sevilən idman növü deyil və digər növlərdən fərqli, zəif inkişaf edib. Sizcə Azərbaycan və İngiltərə basketbolu arasında hansı fərqlər var?
- Fərq böyükdür. Azərbaycandan 1 liqa olduğu halda, burada 5 liqa var. Bundan əlavə, orada çempionatda 6 komanda mübarizə aparırsa, İngiltərədə hər liqada 12-16 klub qüvvəsini sınayır. Məsələn, 18, 16 və 15 yaşlılar üçün də liqalar var. Azyaşlılar 6 aya 30-35, böyüklər 8 aya 35-40 oyunda bir-birini sınağa çəkirlər. Seçim imkanı genişdir. Burada basketbolla həm də çox adam məşğul olur. Azərbaycanda bu oyunu 12 nəfər oynayırsa, burada bu rəqəm 1500 nəfərdir.
- Azərbaycana yenidən qayıtmağı planlaşdırırsınızmı?
- Sözün düzü, istəyərəm. Amma təklifin olmasına inanmıram. Orada kifayət qədər məşqçi var. Amma çempionat yüksək səviyyədə keçirilərsə və komandalarımız güclü olarsa, qayıdaram.
Tahir HÜMMƏTOV

0
0