Milli komandaların yoldaşlıq görüşündə kütləvi dava – FOTO
20.08.2010 - 16:50
Milli komandaların yoldaşlıq görüşündə kütləvi dava – FOTO
Basketbol üzrə Yunanıstan və Serbiya yığmaları arasında keçirilən yoldaşlıq matçı qalmaqalla başa çatıb. Apasport.az saytının məlumatına görə, Afinada keçirilən görüşün son dəqiqəsində hesab 74:73 yunanların xeyrinə olarkən, serbiyalı basketbolçu Miloş Teodosiç kobud oynayıb.

Bundan əsəbiləşən ev sahiblərinin üzvü Antonis Foçis onunla mübahisəyə girişib. Yaşanan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. 5 min azarkeşin gözü qarşısında Teodosiç rəqibinin çənəsinə güclü zərbə endirib. Bu zərbədən sonra isə dava kütləviləşib və bütün basketbolçular öz “güclərini” nümayiş etdirməyə başlayıblar. Serbiyalı Nenad Krstiç hətta stulla Yannis Burusisin başını da yarıb. Meydanı qan götürdüyündən matç sona kimi oynanılmayıb.
0