“Hansı klubda forma geyinəcəyim bəlli deyil” - FOTO
21.08.2010 - 09:37
“Zədəm tam sağalmayıb. Bunun üçün ancaq fiziki məşqlərlə kifayətlənirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının voleybolçusu Natəvan Qasımova deyib.
O, zədə səbəbindən yığma ilə birlikdə Türkiyəyə yollanmayıb. “Azərreyl” klubu ilə müqaviləsi başa çatan Qasımova bildirib ki, növbəti mövsüm hansı komandada oynayacağını dəqiqləşdirməyib: “Zədə səbəbindən yığmadan ayrı düşmüşəm. Təxminən 1 ay sonra yenidən Türkiyədə məni əməliyyat edən həkimin yanına yollanacağam. O diaqnoz qoyduqdan sonra məşq proqramı da verəcək. Ən yaxşı halda, komanda ilə hazırlıqlara dekabrda başlayacağam. Amma hələ hansı klubda forma geyinəcəyim də müəyyənləşməyib. Yığmanın baş məşqçisi Faiq Qarayevi gözləyirəm. Çalışdırıcı hansı klubu məsləhət görsə, orada da çıxış edəcəyəm”.
Qasımova son illərlə müqayisədə yığmamızın ən güclü olduğu qənaətindədir. Onun sözlərinə görə, artıq komandaya cəlb edilən gənclərin adaptasiya dövrü geridə qalıb: “Milli komandamız son illərlə müqayisədə çox güclənib. Alla Həsənova, Yelena Şabovta və İnessa Qorxmaz karyeralarını başa vurduqdan sonra Faiq Qarayev komandaya gəncləri cəlb etdi. Müəyyən müddət komandamız zəif çıxış etsə də, artıq son illərin ən güclü kollektivinə çevrilib”.
Qeyd edək ki, Qasımova ilə birlikdə Natalya Məmmədova və Oksana Parxomenko yığmanın təlim-məşq toplanışında iştirak etmir.

0
0