Yığmamızın üzvü azarkeşlərdən kömək istədi
21.08.2010 - 12:15
Yığmamızın üzvü azarkeşlərdən kömək istədi
“Tamaşaçıların zala gəlməsi, qələbə qazanmağımızda bizə böyük kömək ola bilər. Çünki evdə keçirilən görüşün üstünlüyü də məhz azarkeşlərdir”. Bu sözləri apasport.az saytına açıqlamasında basketbol üzrə Azərbaycan yığmasının üzvü Fuad Niftəliyev deyib.

O bildirib ki, bu gün Avropa çempionatının B divizionu çərçivəsində İsveçlə keçiriləcək görüşdə komandanı yalnız qələbə qane edəcək. Bunun üçün “Sərhədçi” Olimpiya İdman Mərkəzinə gələcək azarkeşlər zalı xoş əhval-ruhiyyədə başa vuracaqlar: “Tək mən yox, bütün komanda qələbəyə köklənib. Son illərdə belə ardıcıl və gözəl qələbələrimizin həsrətində olan azarkeşlərimizi sevindirməyə çalışacağıq. İsveçi məğlub etməkdən başqa yolumuz yoxdur. Çünki uğurla başladığımız dövrəni uğurla da başa vurmaq istəyirik”.

Qeyd edək ki, saat 19:00-da başlayacaq oyunda qələbə komandamızın ilk dövrəni qalib kimi bitirməsi ilə nəticələnəcək.
0