Azərbaycan yığması 2 pillə gerilədi
23.08.2010 - 09:53
Kişi basketbolçular arasında Avropa çempionatının B divizionunun ilk dövrəsi yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması İsveçə 73:101 məğlub olduqdan sonra turnir cədvəlində birinci pillədən üçüncü yerə enib.
Belə ki, Elxan Əliyevin yetirmələrinin yer aldığı qrupun digər oyununda Rumıniya basketbolçuları Belarusa 80:79 hesabı ilə qalib gələrək, top fərqinə görə həmyerlilərimizi qabaqlayıblar. İsveç hücumda məhsuldarlığına və müdafiədə inamlı oyununa görə birincidir.
Qeyd edək ki, 4 oyunda bir dəfə məğlubiyyət acısı yaşayan Azərbaycan yığması 7 xal toplayıb və Belarus (5 xal) və Albaniyadan (4 xal) irəlidədir.

1. İsveç | 4 | 3 | 1 | 341-273 | 7 |
2. Rumıniya | 4 | 3 | 1 | 329-308 | 7 |
3. AZƏRBAYCAN | 4 | 3 | 1 | 338-329 | 7 |
4. Belarus | 4 | 1 | 3 | 318-314 | 5 |
5. Albaniya | 4 | 0 | 4 | 277-379 | 4 |
0
0