Mixael Feyman istefaya hazırlaşır
23.08.2010 - 10:49
Mixael Feyman istefaya hazırlaşır
Avropa çempionatının B divizionunda Azərbaycan yığmasının məğlub etdiyi Belarus millisinin baş məşqçisi istefaya hazırlaşır. Apasport.az saytının məlumatına görə, ilk dövrədə uğursuz çıxış ilk dövrənin əvvəlində bu posta təyin edilən Mixael Feymanın səbir kasasını daşdırıb.

IV turda son anda Rumıniyaya 79:80 hesabı ilə uduzan Belarusun baş məşqçisi bildirib ki, heyətləri çox zəif olduğu üçün oyunları alınmır və bu səbəbdən də komandadan ayrılacaq: “Realist olmaq lazımdır. Hələ ki, bizim A divizionuna çıxmaq potensialımız yoxdur. Bunun üçün mən uğursuzluğa cavab verə bilmirəm. Artıq fikrimi qətiləşdirmişəm və postumu tərk etməyə qərar vermişəm”.

Qeyd edək ki, Elxan Əliyevin yetirmələrinin 83:79 hesabı ilə qalib gəldikləri Belarus 4 oyundan sonra 1 qələbə qazanıblar və turnir cədvəlində yalnız Albaniyanı qabaqlayırlar.
0