“Rabitə” ilk məşqinə çıxdı
23.08.2010 - 13:01
“Rabitə” ilk məşqinə çıxdı
Voleybol üzrə qadınlar arasında Super Liqanın qalibi “Rabitə” növbəti mövsümün hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, bu gün səhər komandanın yeni baş məşqçisi serbiyalı Dejan Brdjoviç yetirmələrinə ilk məşqini keçib.

Məşqə 8 voleybolçu - Natalya Məmmədova, İrina Jukova, Lidiya Dyaçenko, Boyana Doganjiç, Sanya Staroviç, Mira Qoluboviç, Natalya Kulikova və Olqa Ativi qatılıblar. Komandanın digər üzvləri isə yığma komandaları ilə dünya çempionatına hazırlaşdıqlarından düşərgəyə mundialdan sonra gələcəklər.

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Rabitə”nın latviyalı legioneri Olqa Toçko yeni evləndiyindən həyat yoldaşının soyadını götürüb və Olqa Ativi olub.
0