“Azərbaycan yaşamaq üçün çox gözəl məkandır”
23.08.2010 - 14:19
“Klubumda hər şey yüksək səviyyədədir. Azərbaycan əhalisi çox qonaqpərvər və yaşamaq üçün çox gözəl məkandır”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə Azərbaycan Super Liqasının qalibi “Rabitə” klubunun latviyalı üzvü Olqa Ativi (Toçko) deyib.
Paytaxt klubuna may ayında transfer olunan Ativi bildirib ki, komandada yaradılan şəraitdən razıdır və yalnız bunun qarşılığını gözəl oyunla vermək arzusundadır: “Bizim üçün hər şərait yaradılıb. Buna görə yalnız oynamaq qalır. İnanıram ki, güclü heyətə malik komandamız bəslənilən ümidləri doğruldacaq”.
Bu günlərdə toyu olan 28 yaşlı voleybolçu hələ karyerasını davam etdirməyi və 3 ildən sonra ana olmağı planlaşdırır: “Dostlarım hələ oynamağımı məsləhət görürlər. Onlar oyunumu bəyəndiklərini və yaxşı formada bildirirlər. Mən də onların məsləhətinə qulaq asıram. Ana olmağı isə 3 il sonraya saxlamağı planlaşdırırıq”.
Qeyd edək ki, latviyalı voleybolçu Çempionlar Liqasının gümüş mükafatçısı olmaqla yanaşı, “Top-komandalar” kubokunun, Fransa, İsveçrə və Rumıniya çempionatlarının qalibi olub.

0
0