Türkiyəli məşqçi: Azərbaycan yığmasında çalışa bilərəm - FOTO
27.08.2010 - 11:44
Türkiyəli məşqçi: Azərbaycan yığmasında çalışa bilərəm - FOTO
Son mövsümdə “Azərreyl” voleybol klubunu çalışdıran Adnan Kistak “Nəqliyyatçı” ilə müqavilə bağlayıb. Bu barədə apasport.az saytına türkiyəli mütəxəssisin özü məlumat verib.

Kistakın bu gün Azərbaycana gəlməsi gözlənilsə də, bu baş tutmayıb: “Mənim Bakıya səfərim 2 gün sonraya qaldı. Bu təyyarələrə bilet tapmamağımla bağlıdır. Lakin tezliklə orada olacağam”.

Türkiyə yığmasını çalışdırmış məşqçi bildirib ki, ölkəmizdə klubla bərabər gənclər yığmasında da çalışa bilər: “Mən paytaxt klubu ilə yanaşı, gənclərlə də işləyə bilərəm. Artıq bəzi söhbətlər olub. Ola bilsin ki, Azərbaycanın gənclər yığmasını da çalışdırım. Bu işdə məni heç də pul maraqlandırmır. Sadəcə, Azərbaycan voleyboluna öz töhfəmi vermək istəyirəm”.
0