“Lokomotiv”in voleybolçusu “Nəqliyyatçı”ya keçdi
27.08.2010 - 12:10
“Lokomotiv”in voleybolçusu “Nəqliyyatçı”ya keçdi
Bakının “Nəqliyyatçı” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 4 bolqarıstanlı voleybolçunun keçidini rəsmiləşdirib.

Adnan Kistakın çalışdıracağı komanda ötən mövsüm “Lokomotiv”in şərəfini qorumuş Bolqarıstan yığmasının voleybolçusu Tanya Sabkova və “Levski-Sikonko” klubundan Vesele Bonçeva, Aneliya Paşina və Viktoriya Qriqorova ilə 1 illik müqavilə imzalayıb.

“Nəqliyyatçılar”ın düşərgəsinə 6 bolqarıstanlı legioner gəlsə də, onlardan 2-si ilə bağlı son qərar hələ verilməyib.

Qeyd edək ki, “Nəqliyyatçı” son mövsümdə Azərbaycan çempionatında inamsız çıxışı ilə yadda qalmışdı və turnir cədvəlində sonunu yeri tutmuşdu.
0