“Lokomotiv”in voleybolçusu Qran-Pri yarışlarının qızıl medalını qazandı
30.08.2010 - 09:54
Qadınlar arasında voleybol üzrə Qran-Pri yarışlarının final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışın qalibi adına “Lokomotiv”in liberosu Nikola Davisin şərəfini qoruduğu ABŞ yığması layiq görülüb. İkinci yeri Braziliya yığması, üçüncü pilləni isə İtaliya voleybolçuları tutublar.
Qeyd edək ki, final mərhələsində “İqtisadçı”nın yeni transferi Yuko Sano da iştirak edib. Lakin onun çıxış etdiyi Yaponiya milli komandası mükafatçılar sırasına düşə bilməyib.
Qeyd edək ki, final mərhələsində “İqtisadçı”nın yeni transferi Yuko Sano da iştirak edib. Lakin onun çıxış etdiyi Yaponiya milli komandası mükafatçılar sırasına düşə bilməyib.
0
0