“Azərneft”ə gələn əcnəbilərin adları müəyyənləşdi
30.08.2010 - 12:17
“Azərneft”ə gələn əcnəbilərin adları müəyyənləşdi
Paytaxtın “Azərneft” klubu heyətini gücləndirmək üçün baxışa 2 voleybolçu cəlb edib. Komandanın prezidenti Nazim Allahverdiyevin apasport.az saytına verdiyi məlumata görə, əcnəbilər Ukraynada sınaqdan keçiriləcək.

Belə ki, bu ölkədə baş tutacaq beynəlxalq turnirdə “Azərneft”in heyətində meydana çıxacaq ukraynalılar - Dmitri Deveryançenko və Denis Andriyenko barəsində son qərar onların oyunlarından sonra veriləcək.

Komandamız səfərə sentyabrın 1-də yola düşəcək və burada ev sahibləri, Türkiyə, Rusiya, Belarus və Birləşmiş Ərəb Əmirliklərinin komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, “Çelenc cup”da Azərbaycanı təmsil edəcək “Azərneft” mövsümün ilk transferini reallaşdırıb. Onlar 1993-cü il təvəllüdlü Həsən Turanlını heyətlərinə qatıblar.
0