Argentina yığmasının üzvü Azərbaycanda oynamağa razılıq verdi – FOTO
31.08.2010 - 11:49
Argentina yığmasının üzvü Azərbaycanda oynamağa razılıq verdi – FOTO
Ölkəmizi “Çelenc Cup”da təmsil edəcək Bakının “İqtisadçı” klubu daha bir transferi reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın bürünc mükafatçısı Argentina yığmasının üzvü Yael Kastilyonla müqavilə imzalayıb.

2008-ci ildə komandası ilə Pan Amerika kubokunun üçüncüsü olan voleybolçu 9 ay “İqtisadçı”nın şərəfini qoruyacaq. Sentyabrda Azərbaycana gələcək Kastilyonun müqaviləsi mayda başa catacaq.

Qeyd edək ki, “İqtisadçı” Kastilyondan öncə hollandiyalı Alisa Blom, yaponiyalı Yuko Sano, amerikalı Tayibu Xaneef-Park, almaniyalı Katlin Ueiss, türkiyəli Filiz Özgür və finlandiyalı Riikko Lehtonenlə 1 illik müqavilə bağlayıb.
0