“Azərbaycanda çıxış edəcəyimdən çox şadam” - MÜSAHİBƏ
31.08.2010 - 14:27
“İqtisadçı” klubunun yeni transferi, Argentina milli komandasının voleybolçusu Yael Kastilyonun müsahibəsi
- “İqtisadçı”ya keçidiniz necə alındı?
- Komanda rəhbərliyi mənimlə əlaqəni İtaliyadan olan menecerim vasitəsilə saxladı. Sonra bütün məsələlərdə razılığa gələrək, transferi məsələsini həll etdik. Sentyabrdan mayadək bu komandanın şərəfini qoruyacağam.
- Azərbaycan çempionatı barədə məlumatınız varmı?
- Artıq bir çox məlumatlar toplamışam. Azərbaycan Super Liqası çox yaxşı səviyyədədir. Burada 3-4 komanda demək olar eyni gücdədir və onların heyətinin əsasını güclü legionerlər təşkil edirlər. Transfer olunduğum klub paytaxt təmsilçisidir. Bunun üçün güclü rəqabətin olacağına inanıram və bütün titullar uğrunda oynayacağımızı deyə bilərəm. Yəni əsas vəzifəmiz çempionluq, kubok və qitə miqyaslı yarışlarda uğurlu iştirak etməkdir.
- Beynəlxalq arenada sizi nə gözləyir, legioner həyatı yaşamağa hazırsızmı?
- Azərbaycanda çıxış edəcəyimdən çox şadam. Bu sevinci sözlə ifadə etmək mümkün deyil. Fikrimcə, legioner həyatı yaşayacağım dövrdə lazımı təcrübə toplayacağam. Bu transferim reallaşdıqdan sonra yığmamızın baş məşqçisi Orasio Bastit və son mövsümdə çıxış etdiyim “Boka Xuniors”un çalışdırıcısı Edvard Allona mənə dəstək olduqlarını bildirdilər və uğurlar arzuladılar. Onlar Avropada iştirakımla daha da böyük məqsədlərə doğru gedəcəyimi söylədilər.
- Bəs yeni komandanın heyəti ilə tanışsınızmı?
- Onu deyə bilərəm ki, çox güclü heyətimiz var. “İqtisadçı” artıq Almaniya və Finlandiya yığmalarının üzvü ilə anlaşıb. İtaliyanın A seriyasında oynamış 2 voleybolçumuz da var. Bir sözlə, heyətimiz güclüdür və ən pis halda, məqsədimiz “Çelenc Cup”da yarımfinala kimi irəliləməkdir.

0
0