“İqtisadçı”nın voleybolçusu Almaniya yığmasına çağırıldı
01.09.2010 - 11:03
“İqtisadçı”nın voleybolçusu Almaniya yığmasına çağırıldı
Qadın voleybolçulardan ibarət Almaniya yığmasının Yaponiyada keçiriləcək dünya çempionatına yollanacaq heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, siyahıda Bakının “İqtisadçı” klubunun yeni transferi Katlin Ueiss də yer alıb.

Mundialın favoritlərindən olan Bundestimin heyətində 2003-cü ildən çıxış edən 26 yaşlı voleybolçunun komandası C qrupunda qüvvəsini sınayacaq. Onlar növbəti mərhələyə yüksəlmək üçün ABŞ, Kuba, Qazaxıstan, Tailand və Xorvatiyaya qarşı mübarizə aparacaqlar.

Qeyd edək ki, Almaniya yığması 2006-cı ildə keçirilən dünya çempionatının final mərhələsində Azərbaycan voleybolçuları ilə eyni qrupda yer almışdı və 3:0 hesabı ilə qələbə qazanmışdılar. Lakin onlar qrupda 2 yeri tutsalar da, sonda 11-ci olublar.
0