Bolqarıstanlı məşqçi Bakıdan məyus qayıtdı - FOTO
01.09.2010 - 16:52
Bolqarıstanlı məşqçi Bakıdan məyus qayıtdı - FOTO
Bolqarıstanlı voleybol mütəxəssisi Plamen Xristov Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, az öncə ölkəmizdə çalışmaq üçün paytaxtımıza gələn “Levski-Sikonko”nun sabiq baş məşqçisi uzun sürən danışıqlardan sonra vətəninə yollanmağı üstün tutub. Təkliflərdən razı qalmayan mütəxəssis Bolqarıstanda “Lukoyl Neftoximik” komandası ilə müqavilə bağlayıb.

Qeyd edək ki, Xristov Bakının “Lokomotiv” komandasını çalışdıracağı bildirilirdi.
0