“Nəqliyyatçı” 9 legioneri sınaqdan keçirir
07.09.2010 - 11:43
“Komandamızda seçim gedir. Hazırda məşqlərimizdə 30 voleybolçu iştirak edir. Sonda bunların yarısından çoxu ilə vidalaşacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Nəqliyyatçı” voleybol komandasının baş məşqçisi Adnan Kistak deyib.
Türkiyəli mütəxəssis bildirib ki, klubda yerli gənc voleybolçularla bərabər əcnəbilər də sınaqdan keçirilir: “Hazırlıqlarımızda əsasən gənclərə yer vermişik. Lakin güclü klub yaratmaq üçün 9 əcnəbini də baxışa çağırmışıq. Gənclərlə yanaşı, təcrübəlilərin də heyətdə yer almasını istəyirik. Məhz Azərbaycanın gənclər yığmasının üzvləri onlarla bir komandada oynayaraq öz praktikalarını kifayət qədər artırmış olacaqlar. Düşərgəmizə baxışa gələn 4 bolqarıstanlı, 4 ukraynalı və 1 qazaxıstanlıdan ən yaxşıları ilə müqavilə imzalayacağıq. Ramazan bayramından sonra bir neçə amerikalı voleybolçu da paytaxta gələcək və onları da sınayacağıq. Klubumuzun tam heyəti isə təxminən 7-10 günə müəyyənləşəcək”.
Qeyd edək ki, “Nəqliyyatçı” son mövsümdə Super Liqanı 5-ci pillədə başa vurmuşdu.

0
0