“Partizan” komandası ilə oyun öncəsi təcrübəmizi artırmaq yerinə düşdü”
07.09.2010 - 14:14
“Biz turnirdə qələbə qazanmaq üçün deyil, təcrübə toplamaq üçün iştirak edirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Azərneft” voleybol klubunun baş məşqçisi Sahib Əliyev deyib.
Ukraynada 5 ölkənin komandasının iştirakı ilə keçirilən beynəlxalq turnirdə qələbə qazana bilməyən paytaxt klubunun çalışdırıcısı bildirib ki, yarış yetirmələrinin son vəziyyəti ilə tanışlıq məqsədi daşıyıb: “Komandamızın turnirdə iştirakı vacib idi. Çünki son aylarda yetirmələrim yalnız ikitərəfli oyunla kifayətlənirdi. Bizi qarşıda “Çelenc Cup” gözləyir. Burada I təsnifat mərhələsində qarşılaşacağımız Serbiyanın “Partizan” komandası ilə oyun öncəsi təcrübəmizi artırmaq yerinə düşdü. Bundan əlavə, baxışda olan legionerləri də sınadıq. Bütün voleybolçulara şans verdim və onlar hansı vəziyyətdə olduqlarını göstərdilər”.
Qeyd edək ki, beynəlxalq turnirdə çıxışını başa vuran “Azərneft” Ukraynada təlim-məşq toplanışı davam etdirir.

0
0