Yığmamızın Avro-2011-in final mərhələsində bütün rəqibləri müəyyənləşdi
13.09.2010 - 11:15
Yığmamızın Avro-2011-in final mərhələsində bütün rəqibləri müəyyənləşdi
Voleybol üzrə qadınlar arasında Avro-2011-in final mərhələsində mübarizə aparacaq Azərbaycan yığmasının daha 3 potensial rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsindən sonra İsrail, Xorvatiya və Fransa milli komandaları qitənin ən mötəbər yarışının həlledici mərhələsinə vəsiqə qazanaraq “16-lığı” müəyyənləşdiriblər. Onlar müvafiq olaraq, Belarus (3:1, 2:3), Belçika (3:2, 3:1) və Finlandiya (3:0, 3:0) voleybolçularını çempionatdan kənarlaşdırıblar.

Beləliklə, 2011-ci il sentyabrın 22-dən oktyabrın 2-nə kimi İtaliya (Monsa) və Serbiyada (Belqrad) təşkil ediləcək final mərhələsində İtaliya, Serbiya, Hollandiya, Polşa, Almaniya, Türkiyə, Rusiya, Azərbaycan, Çexiya, İspaniya, Ukrayna, Rumıniya, Bolqarıstan, İsrail, Xorvatiya və Fransa çempion adı uğrunda yarışacaqlar. Püşkatma mərasimi oktyabrın 24-də keçiriləcək.

Xatırladaq ki, Faiq Qarayevin yetirmələri seçmə mərhələni qrup qalibi kimi başa vuraraq finala yüksəlmişdilər.
0