Finlandiya yığması paytaxt klubunun üzvünün əziyyətini yerə vurdu
13.09.2010 - 18:12
Finlandiya yığması paytaxt klubunun üzvünün əziyyətini yerə vurdu
Qadınlar arasında Avro-2012-nin pley-off mərhələsinin cavab oyununda “İqtisadçı”nın yeni transferi Riikko Lehtonen Finlandiya yığmasının heyətində yer alıb. Apasport.az saytının məlumatına görə, “Çelenc cup”da ölkəmizin idman şərəfini qoruyacaq voleybolçunun bu mərhələdə çıxışı uğurlu alınıb. Finlandiya yığmasının kapitanı Fransa milli komandasına qarşı gözəl oyunu ilə yadda qalıb. O, yığmanın heyətində hamıdan çox - 22 xal toplayıb. Təəssüf ki, Rəşad Yazıçıoğullarının rəhbərliyi altında oynayacaq təcrübəli voleybolçunun topladığı xallar komandasına qələbə qazandırmayıb. İlk görüşdə olduğu kimi bu dəfə də fransızlara 0:3 hesabı ilə uduzan finlandiyalılar Avropa çempionatının final mərhələsinə yüksələ bilməyiblər.

Qeyd edək ki, Lehtonen birinci görüşdə komandasına 12 xal qazandırmışdı.
0