“Azərreyl” və “Lokomotiv” Bakını tərk etdilər
14.09.2010 - 12:10
“Azərreyl” və “Lokomotiv” Bakını tərk etdilər
Voleybol üzrə qadınlar arasında Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək “Azərreyl” və “Lokomotiv” komandaları hazırlıqlarını Qubada davam etdirəcəklər. Apasport.az saytının məlumatına görə, Super Liqanı 2-ci və 4-cü pillədə başa vuran paytaxt klubları Quba Olimpiya İdman Kompleksində 10 gün təlim-məşq toplanışında olacaqlar. Hər 2 komanda hazırlıq dövründə növbəti mövsüm üçün heyətlərini formalaşdırmağı və baxışa gələn voleybolçuları nəzərdən keçirməyi planlaşdırır.

Qeyd edək ki, “Lokomotiv”dən fərqli olaraq, “Azərreyl”in hələ də baş məşqçisi yoxdur. Komandanı yığmada Faiq Qarayevin köməkçilərindən olan Vüqar Əliyev hazırlayır.
0