“İqtisadçı” daha 2 voleybolçunun transferini reallaşdırdı
15.09.2010 - 15:33
“İqtisadçı” daha 2 voleybolçunun transferini reallaşdırdı
Voleybol üzrə qadınlar arasında Super Liqanın bürünc mükafatçısı “İqtisadçı” transferlərdən doymur. Apasport.az saytının məlumatına görə, Rəşad Yazıçıoğullarının çalışdıracağı komanda daha 2 voleybolçu ilə müqavilə imzalayıb.

1983-cü ildə anadan olan və 181 sm bolu olan amerikalı Kelli Vink növbəti mövsümdən paytaxt klubunun şərəfini qoruyacaq. Onunla 1 illik müqavilə bağlanıb.

“İqtisadçı”nın digər yeni voleybolçusu isə azərbaycanlıdır. Ötən il də komandanın şərəfini qoruyan Elina Abbasova ilə yenidən razılıq əldə edilib və o, 1 il klubda qalacaq.
0